Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı

   Bakıda kütləvi dava:  3 nəfər bıçaqlandı
  23 Dekabr 2019    Oxunub:4922
Bakıda kütləvi dava baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, dava zamanı 1989-ci il təvəllüdlü Vəliyev Əli Cəmil oğlu, 1991-ci il təvəllüdlü Xəlilzadə Murad Məzahir oğlu və 1984-cü il təvəllüdlü Rzayev Vüsal Zöhrab oğlu bıçaqlanıb.

Onlar dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra Ə. Vəliyevə ciyər nahiyəsinə bıçaq yarası, M. Xəlilzadəyə sağ döş qəfəsinin deşilmiş yarası, V. Rzayevə isə sağ bud nahiyəsindən bıçaq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Dava   Cinayət   Hadisə  





Xəbər lenti