Ucarda və Siyəzəndə ev yanıb

Ucarda və Siyəzəndə ev yanıb
  23 Dekabr 2019    Oxunub:2232
Ucar rayonunun Yuxarı Şilyan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Siyəzən rayonunun Gilgilçay qəsəbəsində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti