Pula görə Bakı sakinini döydülər

Pula görə Bakı sakinini döydülər
  23 Dekabr 2019    Oxunub:2009
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Bağışov dekabrın 22-də saat 23 radələrində Moskva prospekti ev 68-in qarşısında 3 nəfərin onu döyərək pulunu aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini V.Hüseynov, Gədəbəy rayon sakini İ.Məmmədov və Siyəzən rayon sakini R.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti