Binəqədidə evdən 9 minlik oğurluq edilib

Binəqədidə evdən 9 minlik oğurluq edilib
  23 Dekabr 2019    Oxunub:2115
Binəqədi rayonu ərazisindəki evlərin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də rayon ərazisindəki evlərin birindən 3200 manat və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Çərkəzov saxlanılıb.

Azvision.az


Teqlər: qızıl   Pul   Oğurluq  





Xəbər lenti