Xaçmazda narkotik alverçisi saxlanılıb

  23 Dekabr 2019    Oxunub : 1550
Xaçmazda narkotik alverçisi saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncəli kənd sakini M.Manafovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, axtarış zamanı onun üzərindən 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 450 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN