Astarada avtoxuliqan qəza törətdi

Astarada avtoxuliqan qəza törətdi
  24 Dekabr 2019    Oxunub:2001
Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaratmaqla qəza törədən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran rayonundakı regional qrupundan Azvision.az -a verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Hətəmli idarə etdiyi “Mersedes Benz” markalı, 99-SR-457 dövlət qetdiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edib.

Daha sonra isə idarətməni itirib və nəqliyyat vasitəsini yolun kənarında dayanmış "Nissan Teana" markalı avtomobilə vurub. Yol polisi əməkdaşları tərəfindən saxlanılan H.Hətəmlinin avtomobili etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan idarə etdiyi məlub olub.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti