Balakəndə keçmiş məhkum qətlə yetirilib

Balakəndə keçmiş məhkum qətlə yetirilib
  24 Dekabr 2019    Oxunub:2804
Dekabrın 20-də Balakən rayonu ərazisindəki tikintisi başa çatmamış evlərin birində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədhəsən Rəhimovun üzərində xəsarətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən İtitala kənd sakini, əvvəllər də qəsdən adam öldürmə və xuliqanlığa görə məhkum olunan H.Nəsibov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti