Həmkəndlisini ölümlə hədələyən şəxs saxlanıldı

Həmkəndlisini ölümlə hədələyən şəxs saxlanıldı
  26 Dekabr 2019    Oxunub:2817
Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti