3870 ədəd pirotexniki vasitə aşkarlanıb

  27 Dekabr 2019    Oxunub : 1649
3870 ədəd pirotexniki vasitə aşkarlanıb
Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının paytaxtın Abşeron və Qaradağ rayonları ərazisində keçirdikləri reydlər nəticəsində Xırdalan şəhərindəki bir köşkdən 2120 ədəd, “Sədərək” ticarət mərkəzində Z.Mirzəyevdən isə 1750 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik pirotexniki məmulat götürülüb.

Azvision.az

Teqlər: DİN