Narkotik alverçisi iş başında tutuldu

  27 Dekabr 2019    Oxunub : 1398
Narkotik alverçisi iş başında tutuldu
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini A.Allahverdiyev 522 qrama yaxın heroin və metamfetamin satarkən saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun Göygöl şəhərindəki evindən 481 qrama yaxın heroin və 61 qramdan çox metamfetamin aşkarlanaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev isə Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN