Soyğunçuluq edən şəxs saxlanılıb

Soyğunçuluq edən şəxs saxlanılıb
  27 Dekabr 2019    Oxunub:2151
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini T.Əliyev dekabrın 26-da saat 17 radələrində S.S.Axundov küçəsində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Kərimov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti