Azyaşlılara siqaret satan 4 satıcı cərimələndi

Azyaşlılara siqaret satan 4 satıcı cərimələndi
  28 Dekabr 2019    Oxunub:2804
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Xəzər və Yasamal RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, həmin mağazaların satıcıları – T.Rüstəmov, A.Nəsirov, N.Rzayev, N.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti