Şirvanda zavoddan 20 minlik oğurluq edilib

Şirvanda zavoddan 20 minlik oğurluq edilib
  28 Dekabr 2019    Oxunub:2363
Şirvanda oğrluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyiniin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 1-dən dekabrın 26-dək olan müddətdə şəhər ərazisindəki zavoddan 2860 manat dəyərində mis boru, 16.000 manat dəyərində istehsalat avadanlıqları və 580 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən İ.Əmənov, S.Ağayev, T.Yusifov, M.Zeynalov, O.Mütəllimov və L.Zeynalov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti