DİN mətbuat xidmətinin Şirvan regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Müseyib Zeynalov,Süleyman Ağayev, İsmayıl Əmənov, Tural Yusifov və yetkinlik yaşına çatmayan 2 nəfər şübhəli şəxs qismində saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Azvision.az