Aydın Bəşirov Türkiyədə vəfat edib

   Aydın Bəşirov Türkiyədə vəfat edib
  29 Dekabr 2019    Oxunub:12112
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

Bildirilib ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü ildə isə vəzifəsindən azad edilib.

Azvision.az



Teqlər: Aydın-Bəşirov  





Xəbər lenti