Masallıda keçmiş məhkum özünü güllələyib

Masallıda keçmiş məhkum özünü güllələyib
  30 Dekabr 2019    Oxunub:2125
Dekabrın 29-da Masallı rayonunun Çaxırlı kəndinin meşə zolağından Təkdam kənd sakini, əvvəllər məhkum olunmuş S.Qədiyevin qarın nahiyəsinin qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla onun tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olmayan nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti