Bakıda ər qəza törətdi, arvadı öldü

  30 Dekabr 2019    Oxunub : 1635
Bakıda ər qəza törətdi, arvadı öldü
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub.

Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN