Gömrükdə gizlədilən telefonlar aşkarlandı

Gömrükdə  gizlədilən telefonlar aşkarlandı
  30 Dekabr 2019    Oxunub:2585
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan gömrük sərhədindən gizlətməklə və bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən saxlanılıb.

Yoxlama zamanı sərnişindən gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən, hər biri şəffaf sellofana bükülü 7 ədəd “iPhone 11 Pro” və 2 ədəd “iPhone XS” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti