FHN Ağsudakı qəza ilə bağlı məlumat yaydı

FHN Ağsudakı qəza ilə bağlı məlumat yaydı
  01 Yanvar 2020    Oxunub:3038
Ağsu rayonunun Qaraqoyunlu kəndində "Tofaş" və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən müxtəlif xəsarətlər alan hər iki avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: FHN   Qəza   Ağsu  





Xəbər lenti