Hacıqabulda maşınla vurulan piyada ölüb

  01 Yanvar 2020    Oxunub : 1367
Hacıqabulda maşınla vurulan piyada ölüb
Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 31-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Kürdəmir rayon sakini A.Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qubalı Baloğlan kənd sakini Sitarə Əsgərovanı vurub.

Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN