Sumqayıt sakini dəm qazından boğularaq ölüb

Sumqayıt sakini dəm qazından boğularaq ölüb
  05 Yanvar 2020    Oxunub:2631
Bu gün Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Şəhərin 8-ci mikrorayon ərazisində yaşayan Adışirin Babayev evdə dəm qazından boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti