Yolu keçən piyadanı maşın vurub öldürdü

  05 Yanvar 2020    Oxunub : 1150
Yolu keçən piyadanı maşın vurub öldürdü
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, yanvarın 4-də axşam saatlarında Sabirabad şəhərində “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlunu vurub. Rayonun Kürkənd kəndinin sakini olan Müşviq Vəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN