Bayramın 6 günündə 140 min sərnişin daşınıb

  Bayramın 6 günündə 140 min sərnişin daşınıb
  05 Yanvar 2020    Oxunub:2103
Gücləndirilmiş iş rejiminin sonuna yaxınlaşırıq. Bu il ötən illə müqayisədə 2 dəfə çox sərnişin axını müşahidə edilib və bu yeni il bayramında son 5 ilin ən böyük sərnişin sıxlığı müşahidə olunub.
Bunu Azvision.az -a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində, bayramın sonuna yaxınlaşdıqca Gəncə, Şəki, Qəbələ, Qax, Zaqatala, Lənkəran avtovağzallarında olub.

"Baxmayaraq ki, Bakı-Sumqayıt, Bakı-Xırdalan və Abşerondan Bakıya hərəkət edən avtobuslarda dekabrın 31-dən 1-nə keçən saatlarda o qədər də sıxlıq müşahidə edilməyib, amma 1 sərnişin olsa belə daşımalar həyata keçirilib. Sabah tətilin son günü olduğu üçün regionlardan paytaxta səfər edən sərnişin sıxlığı ən çox bu gün müşahidə edilir. Bu günə olan statistikaya görə regionlardan paytaxta və regionlararası daşınan sərnişin sayı 78 656, Bakı daxil olmaqla isə 140 713 nəfər olub".

Aytən Zəhra
Azvision.az



Teqlər: Avtobus  





Xəbər lenti