Siyəzən və İmişlidə ev yanıb

  06 Yanvar 2020    Oxunub : 988
Siyəzən və İmişlidə ev yanıb
Siyəzən rayonunda ümumi sahəsi 234 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində yataq dəsti, masa və otağın tavanı 10 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN