Gözətçini döyüb, marketi qarət edən şəxs tutuldu

  07 Yanvar 2020    Oxunub : 982
Gözətçini döyüb, marketi qarət edən şəxs tutuldu
Bakıda soyğunçuluq hadisəsi törədilib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət