“Toyota”nın vurduğu piyada xəstəxanada ölüb

  08 Yanvar 2020    Oxunub : 1177
“Toyota”nın vurduğu piyada xəstəxanada ölüb
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Ofeliya Bağırovanı Bakı şəhər sakini O.Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN