Yevlaxda partlayış: Xəsarət alan var

Yevlaxda partlayış:    Xəsarət alan var
  09 Yanvar 2020    Oxunub:2866
Yevlax şəhərində ümumi sahəsi 36 kvadratmetr olan qazanxanada yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, partlayış dalğasının təsirindən qazanxanaya ciddi ziyan dəyib. Yanğın zamanı bir nəfər xəsarət alıb.

Qazanxana yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti