Ağsuda oğrular polislərə xəsarət yetirmək istəyib

  09 Yanvar 2020    Oxunub : 1334
Ağsuda oğrular polislərə xəsarət yetirmək istəyib
Ötən gün Mingəçevir Regional Elektrik Şəbəkəsi MMC-nin Ağsu Şəbəkə Sahəsinin Hava Elektrik Verilişi Xəttinin Ağsu rayonunun Pirhəsənli kəndindən keçən hissəsində alüminium naqillərinin naməlum şəxslər tərəfindən kəsilərək qırılmağı barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumatla əlaqədar Ağsu RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirhəsənli kənd sakinləri 47 yaşlı, əvvəllər məhkum olunmuş Səlim Nizamov və 40 yaşlı İmran Pirverdiyevin 1-ci Mingəçevir Hava Xəttinin ümumilikdə 5 dayaqları arasında olan xətləri kəsərək aparmaq istədikləri müəyyən edilib.

Həmin vaxt Səlim Nizamov polis əməkdaşlarına müqavimət göstərərək onlara xəsarət yetirməyə cəhd edib. Buna baxmayaraq, polis əməkdaşları həmin şəxsləri şübhəli şəxs qismində Ağsu RPŞ-yə gətiriblər.

Faktla bağlı olaraq araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN