Avtobus piyadanı vuraraq öldürüb

  10 Yanvar 2020    Oxunub : 1276
Avtobus piyadanı vuraraq öldürüb
Abşeronda avtobus piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 9-da saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində kənd sakini F.Vəliyev idarə etdiyi “Otokar” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Eminağa Ağaverdiyevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN