Danışılmış oyunlara görə 3 nəfər cəzalandırıldı

  10 Yanvar 2020    Oxunub : 1646
Danışılmış oyunlara görə 3 nəfər cəzalandırıldı
AFFA İntizam Komitəsi danışılmış oyunlarla əlaqədar növbəti cəzalar tətbiq edib.
Azvision.az -ın məlumatına görə, cəzalar "Səbail-2, "Qarabağ" klubunun oyunlarında qeydə alınmış şübhəli məqamlarla əlaqədar verilib.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu

Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu

Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Azvision.az

Teqlər: AFFA