Bakı şəhərinin Sabunçu rayonunda "Kia” markalı minik avtomobili maneəyə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.