Keçmiş məhkumlar yenidən cinayət törətdi

  11 Yanvar 2020    Oxunub : 1363
Keçmiş məhkumlar yenidən cinayət törətdi
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini İ.Babayev yanvarın 6-da 28 May küçəsindəki kafelərin birində naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İmamverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini S.Cəfərov dekabrın 3-də tanımadığı şəxsin onu silaha oxşar əşya ilə hədələyərək “Hyundai” markalı avtomobilini almasını bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qısa müddətdə avtomobili quldurluq yolu ilə alan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Əsgərov idarə etdiyi “BMW” markalı avtomobillə birgə saxlanılıb.

Araşdırmalarla onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN