Üç nəfərdən silah götürülüb

Üç nəfərdən silah götürülüb
  13 Yanvar 2020    Oxunub:2004
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Albalılıq qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hacıyevdən “TT” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Ə.Əliyevdə müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Maşlıq kənd sakinləri F.Zeynalovdan, Z.Sadıqovdan və Q.Hüseynovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş 3 ədəd “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti