Bakıda yanğın olub, sakinlər təxliyə edilib

  14 Yanvar 2020    Oxunub : 2755
Bakıda yanğın olub, sakinlər təxliyə edilib
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin hamam otağında lambirindən ibarət tavan 3 m² sahədə və plastik qapı, dəhlizində quraşdırılan kondisioner yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın