Saxta spirtli içkilər istehsal edən 4 nəfər həbs edilib

 Saxta spirtli içkilər istehsal edən 4 nəfər həbs edilib
  15 Yanvar 2020    Oxunub:3928
Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezanonsa səbəb olan qanunsuz əməlləri barədə açqılama verib.
Azvision.az -ın məlumatına görə, K. Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində onların satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirib.

Bundan əlavə, hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Saxta-İçki   Korrupsiya  





Xəbər lenti