Korrupsiyaya görə icra hakimiyyətlərinin 9 vəzifəli şəxsi həbs olunub

  15 Yanvar 2020    Oxunub : 2460
 Korrupsiyaya görə icra hakimiyyətlərinin 9 vəzifəli şəxsi həbs olunub
“Yerli icra hakimiyyət orqanlarında olan qeyri-neqativ hallarla bağlı Baş İdarəyə müraciətlər daxil olub, araşdırma aparılıb”.
Azvision.az xəbər verir ki, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işi üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Korrupsiya