Axtarışda olan 34 nəfər saxlanılıb

  15 Yanvar 2020    Oxunub : 2705
Axtarışda olan 34 nəfər saxlanılıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN