Xəzərin sahili sintetik torlardan təmizlənir
O qeyd edib ki, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.
İ.İbrahimovanın sözlərinə görə, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.
Azvision.az