Azərbaycandan Amerikaya narkotik göndərmək istədilər - FOTOLAR
Həmin bağlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib. Baxış zamanı, karton qutunun içərisindən sökülmüş vəziyyətdə olan təkərli masanın hissələri aşkarlanıb.
Həmin masanın "mdf" materialından olan alt, üst panellərinin və oval şəklində olan aksessuarlarının arxalarına sonradan bərkidilən faner lövhələrin altından, təmiz çəkisi 2455 qram narkotik vasitə - tiryək aşkar edilib.
Azvision.az