Bakı sakini qumbaralarını polisə təhvil verib

  16 Yanvar 2020    Oxunub : 1231
Bakı sakini qumbaralarını polisə təhvil verib
Bakı şəhər Baş Polis İdarəsinin(BŞBPİ) maarifləndirmə tədbirləri nəticə verib.
Azvision.az -ın məlumatına görə, Baş İdarənin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində paytaxt sakini, 1972-ci il təvəllüdlü R.Məmmədzadə 2 ədəd alışqanı ilə birlikdə RQD markalı əl qumbaralarını və kustar üsulla hazırladığı, atəşə yararlı tapançanı polisə könüllü təhvil verib.

Qeyd edək ki, vətəndaş özündə olan odlu silahı və ona bərabər tutulan partlayıcı maddəni polisə könüllü təhvil verərsə qanunla cəza nəzərdə tutulmur.

Azvision.az

Teqlər: Silah