Soyğunçuluq edən keçmiş məhkum tutuldu

Soyğunçuluq edən keçmiş məhkum tutuldu
  16 Yanvar 2020    Oxunub:2783
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Zeynalov yanvarın 15-də saat 18 radələrində M.Şərifzadə küçəsində bir nəfərin ona məxsus “Ford” markalı avtomobildən açıq talama yolu ilə mobil telefonunu apardığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Q.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti