Sürücü törətdiyi qəzada öldü

  16 Yanvar 2020    Oxunub : 1291
Sürücü törətdiyi qəzada öldü
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 15-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Azvision.az

Teqlər: DİN