Balakəndə 3 otaqlı ev yanıb

Balakəndə 3 otaqlı ev yanıb
  16 Yanvar 2020    Oxunub:2569
Balakən rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, rayonun Qullar kəndində ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar 57 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti