Bir gündə 2 piyada yol qəzasında ölüb

Bir gündə 2 piyada yol qəzasında ölüb
  17 Yanvar 2020    Oxunub:2602
Yanvarın 16-da saat 8 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Sədrəddinovu vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa Yanvarın 16-da saat 18 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Yeni Şərif kənd sakini C.Çunayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Abdurəhman Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az





Teqlər: DİN  





Xəbər lenti