Saxta içkilərlə bağlı 15 nəfər həbs edilib

   Saxta içkilərlə bağlı 15 nəfər həbs edilib
  17 Yanvar 2020    Oxunub:3306
Spirtli içkilərin saxtalaşdırılması ilə bağlı cinayətdə iştirak edən 15 şəxs barəsində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri tətbiq olunub və bu iş davam etdirilməkdədir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, zəhərlənməyə səbəb olan spirt texniki, sənaye spirtidir və qida ilə heç bir aidiyyəti olmayan metil spirtidir.

"Zəhərlənməyə səbəb olan həmin içkilərin tərkibində 76,6 faiz metanol aşkarlanıb. Aşkarlanan metanolun tərkibində xüsusi həlledici məhlul aşkarlanıb ki, bu da sənaye metanolu üçün xarakterik olan göstəricidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti