Ötən il Bakıda 90 cinаyətkаr qrup ifşa olunub

  17 Yanvar 2020    Oxunub : 1496
 Ötən il Bakıda 90 cinаyətkаr qrup ifşa olunub
2019-cu il ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrup ifşa olunub.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarə rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

Onun sözlərinə görə, nаrkоtiklərlə bаğlı aşkar olunan 1.244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın 94,7 faizi ödətdirilib.

Azvision.az

Teqlər: BŞBPİ   Cinayət