3 nəfər evdə köməksiz vəziyyətdə qaldı

3 nəfər evdə köməksiz vəziyyətdə qaldı
  20 Yanvar 2020    Oxunub:2693
Bakı şəhərinin Sabunçu və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti