Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist vəfat edib
  20 Yanvar 2020    Oxunub:3165
Azərbaycanın Əməkdar jurnalisti, Prezident təqaüdçüsü Elmira Əliyeva vəfat edib.
Azvision.az xəbər verir ki, E.Əliyeva ömrünün 89-cu ilində dünyasını dəyişib.

O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

Azvision.az



Teqlər: Jurnalist   Elmira-Əliyeva  





Xəbər lenti