Lənkəranda qəza, yanmış meyit tapıldı

Lənkəranda qəza, yanmış meyit tapıldı
  20 Yanvar 2020    Oxunub:2996
Lənkəran şəhərinin Girdəni kəndində “VOLVO” və “QAZel” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Yanğın nəticəsində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı aşkar edilən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti