Sürücünü bıçaqla hədələyib 150 manat aldı

Sürücünü bıçaqla hədələyib 150 manat aldı
  20 Yanvar 2020    Oxunub:1949
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Qafarov yanvarın 16-da saat 22 radələrində idarə etdiyi “Cherry” markalı avtomobildə sərnişin qismində olan şəxsin onu bıçaqla hədələyərək 150 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşları tərəfindən bu cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilmiş və saxlanılması istiqamətində tədbirlər görülür.

Azvision.az


Teqlər: Taksi   Cinayət   DİN  





Xəbər lenti